AZ

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…

Mayın 7-də İmişli rayonunda növbəti əmək yarmarkası keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filalının dəstəyi ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9401
8
Mənbələr
Şərh ()
Bağla