AZ

Reabilitasiya mərkəzi Prezident İlham Əliyevə müraciət etdi – VİDEO

Cənab Ali Baş Komandan!

Sizin cəsarət və qətiyyətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində artıq torpaqlarımız işğaldan azad olunub. Siz faşist Ermənistan hərbi işğalından azad edilən rayonlarımızı yenidən dirçəltməyi, orada həyatı yenidən bərpa etməyi, Qarabağı dünyanın cənnət guşələrindən birinə çevirməyi əsas hədəflərdən biri kimi müəyyən etmisiniz. Biz Qurtuluş Reabilitasiya mərkəzi əməkdaşları olaraq  bəyan edirik ki, bu ali, müqəddəs missiyanın uğurla yerinə yetirilməsində iştirak etməyə, doğma Qarabağımızın dirçəlişi prosesinə öz töhfəsini verməyə hazırıq və əməkdaşlarımız bugünə qədər olduğu kimi bundan sonra da Sizin çağırışlarınızı dəstəkləməkdə, bu çağırışların praktiki baxımdan gerçəkləşməsində yaxından iştirak edəcək. Əsla unutmayacağıq ki, bundan sonra qazandığımız hər bir uğura görə Vətən müharibəsindəki tarixi zəfərimizə, bu zəfərin baş memarı olan Sizə və ordumuza borcluyuq!

Bu tələblərə isə hər kəsdən daha çox hazır olan Azərbaycan bu coğrafiyada əvvəlkindən də gözəl həyat şəraiti yaratmağa, xoşbəxt həyatı və uşaq gülüşlərini hər evə, hər ailəyə qaytarmağa qadirdir. Odur ki, bir daha ucadan deyirik: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Həmin videomüraciəti sizə təqdim edirik:

Qeyd edək ki, Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.

Qurtuluş Reabilitasiya Mərkəzinin hazırda 4 filialı fəaliyyət göstərir ki, bu fiallar Novxanı qəsəbəsində, dəniz kənarında villalarda yerləşir. Sağalma prosesində əsas reabilitasiya proqramı ilə yanaşı, rahat şərait də yaradılıb. 

Peşəkar komanda sayəsində qısa müddət ərzində 500-dən artıq asılı insan müalicə olunaraq və sosial adaptasiya mərhələsini keçərək sağlam şəxs kimi ailələrinə və cəmiyyətə qayıdıb.
Qurtuluş Reabilitasiya Mərkəzi ölkədə alternativi olmayan, Avropa əsaslı sistemlə qurulmuş reabilitasiya proqramı təklif edir. Xaricdə təhsil almış, mütəxəssislərin sayəsində sağalma prosesinin ən son yenilikləri ölkəmizdə tətbiq edilir ki, bu da asılı insanların psixoloji müalicəsinin effektivliyində özünü büruzə verir.

Qurtuluş Reabilitasiya Mərkəzinin peşəkar müəllim komandası asılı insanlara və yaxınlarına pulsuz konsultasiya təqdim edir. Sağalma prosesi, müalicənin mərhələləri barəsində yaranmış bütün sualları cavablandırır ki, bu da asılı şəxsin reabiltiasiya proqramına qoşulmağına səbəb olur.

Mərkəzdə müalicə alan hər bir şəxsin anonimliyi 100% qorunur. Şəxsin istər sağlamlıq durumu, istərsə də, şəxsi həyatı ilə bağlı düşüncələri gizliliklə qorunub saxlanılır.

Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizə ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya “YOX” deyək. Öz ailəmizi, əzizlərimizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq. Bu bəlaya düçar olmuş və ondan əziyyət çəkən vətəndaşlarımızı isə cəmiyyətdən təcrid etməyək, əksinə onlara öz yardım əlimizi uzadaq.

Əlaqə nömrəsi +994 (50) 484 00 03

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla