AZ

Azərbaycan gimnastika federasiyası Hindistan federasiyası ilə memorandum imzaladı

Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

“Football-plus.az” xəbər verir ki, federasiyanın anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Hindistan Gimnastika Federasiyasının prezidenti Mital Sudhir tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu söylənilib.

Qeyd edək ki, AGF Kuba, həmçinin Monteneqro Gimnastika Federasiyaları arasında da anlaşma memorandumu imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
12
Mənbələr
Şərh ()
Bağla