AZ

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb.

Futbolinfo.az xəbər verir ki, mükafatlandırılma iki kateqoriyada olub.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

Kişilər arasında türkiyəli Ahmet Alkanoğlu finişə birinci çatıb. Ukraynalı Boqdan Semenoviç ikinci, uqandalı İsmail Ssenyange 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç ötən marafonda olduğu kimi hamını qabaqlayıb. Azərbaycanlı Anna Yusupova 2-ci, qazaxstanlı Nelli Qaitova 3-cü olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
9
Mənbələr
Şərh ()
Bağla