AZ

Qəzzada ölənlərin sayı 34,7 min nəfər olub

İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı 34,7 minə yaxın insan həlak olub, 78 mindən çox insan isə yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrailin Qəzzada bu günə qədər təcavüzü qurbanlarının sayı 34 683 nəfərə çatıb, daha 78 018 min nəfər yaralanıb. 

Nazirlik qeyd edib ki, son 24 saat ərzində Qəzzada 29 nəfər ölüb, 110 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla