AZ

Mirzoyan Türk dövlətlərindən birinə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Mirzoyanın Macarıstanın yüksək rütbəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, Macarıstan Türk Dövlətləri Təşkilatında  (TDT) Şimali Kipr Türk Respublikası və  Türkmənistanla yanaşı  müşahidəçi qismində təmsil olunur. 

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan isə TDT-nin daimi üzvüdür.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
12
Mənbələr
Şərh ()
Bağla