AZ

“Mənə səhnənin canavarı deyirlər”

Xalq artisti Gülyanaq Məmmədova növbəti açıqlamasıyla diqqət çəkib.

OLAY yazır ki, sənətçi səhnənin canavarı adlandırıldığını deyib. Bu barədə o, “Söz-baz” verilişinin “Özəl adam” bölümündə danışıb.

“Mənə sənət yoldaşlarım səhnənin canavarı deyir. Mənim üçün bu sözü eşitmək xoşdur. Səhnədə hər şeyi unuduram, amma evimdə balaca uşaq kimiyəm. Hətta həyat yoldaşım gəlib səhnədə mənə baxıb deyirdi ki, mən səni səhnədə başqa cür görürəm. Elə bil mənim xanımım deyilsən. Evdə balaca uşaq kimi olursan”, - deyə, o, söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
12
Mənbələr
Şərh ()
Bağla