AZ

Təcili tibbi yardım briqadaları "Bakı Marafonu 2024"də xidmət göstərmək üçün təhkim olunub

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 7 təcili tibbi yardım briqadası "Bakı Marafonu 2024"də xidmət göstərmək üçün təhkim olunub.

 

Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.

 

Tibbi briqadalar tərəfindən zərurət yarandığı hallar üzrə ilkin yardım göstərilib. 10-dan çox yarış iştirakçısına müxtəlif travmalar, arterial hipertenziya, hipotenziya səbəbindən yardım olunub.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu" Təşkilat Komitəsi tərəfindən mayın 5-də "Küləyə qalib gəl" devizi altında keçirilən ümumrespublika yarışı idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

 

TƏBİB-in əməkdaşları da ümumrespublika yarışında iştirak edərək öz güclərini sınayıblar. Onlardan bəziləri marafonu tam başa vuraraq finiş xəttinə çatıblar.

 

Xatırladaq ki, yarışda kişilər arasında birinci yeri Ahmet Alkanoğlu qazanıb. Boqdan Semenoviç finişə ikinci, İsmail Ssinyancı üçüncü çatıb.

 

Qadınlar arasında Natalia Semenoviç qalib olub. İkinci yerdə Anna Yusupova, üçüncü yerdə Nelli Qaitova qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
1
Mənbələr
Şərh ()
Bağla