AZ

Baslig: APFM üzvlərinə Beynəlxalq LUCA mükafatı təqdim olunacaq

11 noyabr 2024-cü il tarixində London şəhərində ICB/ICFM Global tərəfindən Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçiriləcək.

Maliyyə dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır. Mükafatlar müxtəlif nominasiyalar üzrə hər ölkənin nümayəndələrinə rəsmi ziyafətdə Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun patronu şahzadə Maykl Kentski tərəfindən təqdim olunacaq. Nominasiyalar üzrə namizədlər ilkin mərhələdə hər ölkədə ICB/ICFM nümayəndəliyi tərəfindən nəzərdən keçirilir, təsdiqlənir, müraciətlər və tövsiyələr vasitəsilə növbəti seçim mərhələsi üçün ICB/ICFM Beynəlxalq Şuraya təqdim olunur.

Azərbaycanda bu prosesin koordinatoru kimi ICB/ICFM-in ölkəmizdə rəsmi nümayəndəsi -Professional Maliyyə Menecerləri Assosiasiyası-APFM çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla