AZ

İsveçrə Ukraynaya silah verməkdən imtina edib

İsveçrə “Fövqəladə vəziyyət haqqında” qanuna arxalanaraq Ukraynaya silah verməyəcək. O, bu vəziyyətdə hərəkət edə bilməz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkə prezidenti Viola Amherd deyib.

Jurnalistlər İsveçrə prezidentinə sual veriblər ki, Bern fövqəladə vəziyyət haqqında qanuna istinad edərək Kiyevi silahla təmin edə bilərmi?

Amherd, bu qanunun yalnız həddindən artıq zəruri hallarda, məsələn, COVID-19 pandemiyası zamanı qüvvəyə minəcəyini bildirib.

Ukrayna böhranına tətbiq edilən fövqəladə vəziyyət haqqında qanun parlamentdə müzakirə olunmayıb.

...Hazırda parlament “Hərbi mülkiyyət haqqında” qanuna düzəlişi müzakirə edir.

Bunu da prezident əlavə edib.

Onun sözlərinə görə, İsveçrə Avropanın azalan ehtiyatlarını və Ukrayna böhranını nəzərə alaraq sursat almağa davam edəcək.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla