AZ

Putinin yeni avtomobilinin görüntüləri internetə sızıb...

Rusiya lideri Vladimir Putin üçün yeni Aurus avtomobili ilə bağlı video yayımlanıb.

Bunu jurnalist Pavel Zarubin Telegram-da dərc edib.

Videoda FSUE NAMI-nin baş direktoru Fedor Nazarov bildirib ki, bu, dövlət başçısının 2018-ci ildə inauqurasiya zamanı istifadə etdiyi avtomobilin yenilənmiş modelidir. Nəzərovun sözlərinə görə, ön hissə dəyişdirilib: optika, radiator barmaqlığı, bamper, kapot və qanadlar da dəyişdirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dizayn rusiyalı mütəxəssislər tərəfindən hazırlanıb.

Deyilənlərə görə, yenilənmiş Aurus Senat mayın 7-də prezidentin inauqurasiya mərasimində təqdim olunacaq.

Qeyd edək ki, 2018-ci ildə Putin Aurus Senat Limuzinindən istifadə edib.

Xatırladaq ki, Rusiya Federasiyası prezidentinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla