AZ

Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir

"Biz bu tədbiri elə 30-cu illərin ruhunda, həmin anturajda keçirmək istəyirik ki, bu ab-havanı ötürə bilək..."
 
"Rusiya Kommunistləri-Kommunist Partiyası"na məxsus  olan "Stalin Mərkəzi"nin Barnaul şurasının sədri Sergey Matasov bəyan edib ki, "Muzeylər gecəsi" aksiyası zamanı sovet rəhbəri İosif Stalinin ruhu çağırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın SİTA informasiya agentliyi məlumat yayıb.
 
Sergey Matasov izah edib ki, Stalinin ruhu Bulqakovun "Mənəviyyat seansı" əsəri əsasında çağırılacaq, tamaşa teatrda göstəriləcək.
 
"Biz bu tədbiri elə 30-cu illərin üslubunda, həmin anturajda keçirmək istəyirik ki, bu ab-havanı ötürə bilək", - o, deyib.
 
O, əlavə edib ki, təkcə kommunistlər deyil, bütün arzu edənlər dəvətlidir.
 
Öncədən qeydiyyatdan keçmək lazımdır, insanlar 20-25 nəfərlik qruplar üzrə müəyyən ediləcək. Seansın təxminən yarım saat davam edəcəyi güman edilir.
 
"Çox maraqlı, yaddaqalan tədbir olacaq, bütün detalları açıqlaya bilmərik", - Matasov bəyan edib.
 
Xatırladaq ki, Mixail Bulqakovun "Mənəviyyat seansı" satirik hekayəsində Moskva mənzillərinin birində Napoleonun və qədim yunan filosofu Sokratın ruhları çağırılır. Bu hekayə Stalinin hakimiyyətə gəlişindən öncə, 1922-ci ildə yazılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla