AZ

Levandovskiyə əvəz tapıldı

"Barselona" hücumçu Robert Levandovskini əvəz edəcək futbolçu axtarır.

Apasport.az xəbər verir ki, kataloniyalılar "Liverpul"un futbolçusu Darvin Nuneslə yaxından maraqlanır. "Blauqrana" rəhbərliyi maaş limitini azaltmaq üçün Levanı satmaq istəyir və onlar uruqvaylı forvardı ona münasib əvəzedici kimi görürlər.

Qeyd edək ki, "Barselona" ötən gün "Jirona"ya 2:4 uduzaraq əzəli rəqibi "Real"a vaxtından əvvəl çempionluğu təmin etməyə imkan verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla