AZ

UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"

UFC Mütləq Döyüş Çempionatının debütantı Maurisio Ruffi Ceymi Mullarkini məğlub etdikdən sonra sosial şəbəkələrdə rusiyalı İslam Mahaçova müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

“İslam Mahaçova mesajım var. Bacardığınız müddətdə zirvədə olmaqdan həzz alın. Dostunu döydüyüm üçün əsəbləşdiyini bilirəm. Yeni kral gəlir”, - Ruffi yazıb.

Ruffi ilk raundda Mullarkini texniki nokautla məğlub edib. Ruffinin qarışıq döyüş sənətlərində on qələbəsi və bir məğlubiyyəti var.

2022-ci ilin oktyabrında Mahaçev braziliyalı Çarlz Oliveyranı məğlub edərək yüngül çəkidə titul qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla