AZ

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

“Google”un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir.

Avtosfer.az xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib.

Həmişəki kimi “Google Pixel” cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Ancaq bu hamısı deyil. Android 15 alacaq ən köhnə “Pixel” modelləri “Pixel 6” və “Pixel 6 Pro” olacaq. Təbii ki, “Google Pixel Fold” və “Pixel Tablet” kimi yeni modellər də yeniləmədən faydalana biləcək. İstehsalçının 7 ilə qədər yeniləmə alacağını vəd etdiyi “Pixel 8” seriyası istisna olmaqla, köhnə “Google Pixel” yalnız 3 illik proqram dəstəyi alacaq.

“Pixel” smartfonları üçün Android 15-in buraxılış tarixinə gəlincə, bu cihazlara sahib olan tərtibatçılar 2024-cü ilin fevral ayında proqram təminatının erkən versiyasına çıxış əldə ediblər. Aprel ayından etibarən Android 15 beta testerlərinə göndərilməyə başlanıb. Stabil versiyanın iyun ayında, yeni ƏS-nin tam buraxılışı isə 2024-cü ilin sentyabr-oktyabr aylarında gözlənilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
5
Mənbələr
Şərh ()
Bağla