AZ

"Qəbələ" "Səbail"lə oyuna itkilərlə çıxacaq

style='margin-bottom:10px;'>

“Qəbələ” Misli Premyer Liqasının 33-cü turunun “Səbail”lə səfər oyununun hazırlıq prosesini başa vurub. 

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı hücumçu Ülvi İsgəndərov hazırlığa qatılmayıb. 28 yaşlı müdafiəçi Lukas Afriko və 29 yaşlı müdafiəçi Murad Musayev isə fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, mayın 6-da “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
3
Mənbələr
Şərh ()
Bağla