AZ

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Türkiyənin

İstanbul, 5 may, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Pakistandakı səfiri Mehmet Paçacı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı açıqlama yayıb.

Bəyanatda Paçacının bu vəzifəni uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edən Türkiyə XİN bununla islamofobiyaya qarşı mübarizə məsələsində beynəlxalq ictimaiyyətin ortaq mövqe sərgiləməsinin və qətiyyətlə hərəkət etməsinin vacibliyini xatırladıb.

Mehmet Paçacı qeyd olunan vəzifəyə İƏT-in Qambiyada keçirilən 15-ci İslam Sammitində təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
6
Mənbələr
Şərh ()
Bağla