AZ

Niderland Liqası: PSV altı ildən sonra yenidən çempion oldu

“Sparta Roterdam”ı evində qəbul edən PSV 6 illik həsrətə son qoyub.

Oxu.Az xəbər verir ki, Metinyo 8-ci dəqiqədə hesabı açıb - 1:0. 19-cu dəqiqədə Saidi Bakari avtoqol müəllifi olub - 1:1. 26-cı dəqiqədə Cohan Bakoyoko meydan sahiblərini hesabda irəli çıxarıb - 2-1.

Üç dəqiqə sonra Oliver Bosacaqlinin səhvi hesaba tarazlıq gətirib - 2:2. 67-ci dəqiqədə Bosacaqli səhvini sığortalayıb - 3:2. Görüşdə son nöqtəni meydan sahiblərindən 78-ci dəqiqədə Cordan Teze qoyub - 4:2.

Qeyd edək ki, 4-2 hesabı ilə qalib gələn PSV liqanın bitməsinə 2 tur qalan çempionluğunu rəsmiləşdirib. “Sparta Roterdam” 43 xalla ilk doqquzluğu tamamlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
12
Mənbələr
Şərh ()
Bağla