AZ

Berdyanskda islah koloniyasının əməkdaşı partladılıb..?

Ukraynanın Zaporojye vilayətində Rusiyanın nəzarətində olan Berdyanskda islah koloniyasının əməkdaşı bazar günü avtomobilin partladılması nəticəsində həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi xəbər yayıb.

İdarədən verilən məlumata görə, partlayışla bağlı ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə araşdırma aparılır. Müstəntiqlərin fikrincə, naməlum şəxslər tərəfindən avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Digər təfərrüatlar, o cümlədən mərhumun adı və vəzifəsi barədə məlumat verilməyib.

Mediazona-nın məlumatına görə, Berdyansk koloniyasının əməkdaşları hələ müharibə başlamazdan əvvəl, şəhər Ukraynanın nəzarəti altında olan vaxtlarda məhbuslardan işgəncə və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurdular. 2023-cü ildə onun keçmiş rəhbərləri Ukraynada həbs edilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla