AZ

Fransa ilə bu böhranın həlli üçün işləyəcəyik

Çin Ukrayna böhranının həlli yollarını tapmaq üçün Fransa və bütün beynəlxalq ictimaiyyətlə işləmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Szinpin “Le Figaro” qəzetindəki köşə yazısında qeyd edib. Onun sözlərinə görə, Çin bu böhranın səbəbi, onun tərəfi və ya iştirakçısı deyil, lakin sülh yolu ilə həllin təşviqində həmişə konstruktiv rol oynayıb: “Mən dəfələrlə BMT Nizamnaməsinin məqsəd və prinsiplərini dəstəkləməyə, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, müxtəlif tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə almağa, nüvə silahı və nüvə silahından istifadənin yolverilməzliyində təkid etməyə çağırmışam”.

Qeyd edək ki, Szinpin Fransada səfərdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
2
Mənbələr
Şərh ()
Bağla