AZ

İşığa doğru


Bir dəstə arını və milçəyi şüşə bir qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər. Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə hamısı qaranlıq olan tərəfə uçurlar. Və şüşənin ağzı açıq olduğu üçün qaçıb gedirlər.
Təcrübəni bir daha təkrar edirlər və nə qədər qəribə olsa da, nə arılar, nə də milçəklər məqsədlərindən əl çəkmirlər (hətta şüşənin ağzı açıq olsa belə).
İlk baxışdan milçəklərin ağıllı, arıların isə ağılsız olduğunu düşünmək olar. Ancaq daha dərindən düşündükdə, çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar...
Bəli, işığa can atan arıların qarşısında həmişə maneələr var. Ancaq onlar bütün bu maneələrə baxmayaraq, işıqdan əl çəkmirlər. Qarşılarında nə cür maneə olursa-olsun, işığa can atmaqda davam edirlər. Hətta lazım gəlsə, onun uğrunda ölməyi də bacarırlar...
Bir də “qaranlıq qəhrəmanları” olan milçəklər var. Şüşənin ağzının qaranlığa baxmasının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onlar üçün əsas məsələ öz həyatlarıdır. Harada rahatlıq tapacaqlarsa, harada yaxşı yaşayacaqlarsa, onlar üçün həyat oradadır...
Arıları isə qovsanız da, getmirlər. Nə olursa-olsun, öz əqidələri üçün mübarizə aparırlar. Yeri gələndə sancmağı, yeri gələndə ölməyi də bacarırlar. Məqsədləri yalnız işığa çatmaqdır...
Milçəkləri isə qovan kimi qaçırlar. Ancaq sonra yenə qovduğunuz yerə qayıdırlar. Yeməklərinizə, qollarınıza qonurlar. Ayaqlarını yaşadığınız hər yerə basırlar. Məqsədləri yalnız qaranlığa hakim olmaqdır...
Arılar yumurtalarını ancaq öz pətəklərinə qoyurlar. Milçəklər isə yumurtalarını qoyacaqları yerə əhəmiyyət belə vermirlər...
İşığa can atanlardan olmaq diləyi ilə...

Murad Məmmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla