AZ

Azərbaycan gimnastika yarışlarını çox yaxşı təşkil edir - Bolqarıstanlı idmançı

Bakı. Trend:

Azərbaycan gimnastika yarışlarını çox gözəl təşkil edir.

Bu barədə Trend-əBakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunun medalçısıBolqarıstan idmançısı Boryana Kaleyn deyib. Yarışda Boryana Kaleyntop və lentlə hərəkətlərdə iki qızıl, o cümlədən halqa proqramındagümüş medal qazanıb.

"Bakıda keçirilən Avropa kubokunda medal qazandığım üçün şadam.İştirak etmək və "cross battle" formatında keçirilən yarışlarıngedişatını izləmək maraqlı idi. Düşünürəm ki, bu, təkcə bizimgimnastlar üçün deyil, həm də tamaşaçılar üçün maraqlı oldu. Şadamki, yarışlar Bakıda keçirilib. Mən bu şəhəri sevirəm, burada keçənil Avropa çempionu oldum", - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasındabədii gimnastika üzrə Avropa kuboku keçirilib. Yarışda 37 ölkədənnümayəndə iştirak edib. Gimnastlar iki yaş kateqoriyasında -“böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdiproqram) üzrə çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla