AZ

Argentinanı dünya çempionu edən məşqçi ölüb

Argentina yığmasını dünya çempionu edən baş məşqçi Sesar Luis Menotti dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb.

Menotti 1978-ci ildə ölkə yığmasına tarixində ilk dünya çempionu titulunu qazandırıb. Sesar Luis karyerası ərzində “Barselona”, “Nyuells Old Boyz”, “Urakan”, “Penyarol”, “Boka Xuniors”, “River Pleyt”, “İndenpenyente”, “Sampdoriya”, “Rosario Sentral” klublarına və Meksika yığmasında da başçılıq edib.

Qeyd edək ki, Menotti 86 yaşında vəfat edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
3
Mənbələr
Şərh ()
Bağla