AZ

Ruslar Ukrayna əhlinin ölkədən qaçdığını yazır...

...Ukrayna vətəndaşları müxtəlif yollarla, o cümlədən Moldovaya köçməklə ölkəni tərk etməyə çalışırlar.

Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenkonun sözlərinə görə, yol boyu insanlar ölkə sərhədini keçmək üçün hətta maşınlarını belə atırlar.

O qeyd edib ki, ukraynalılar getdikcə Odessa vilayətində magistral yolu ilə ölkəni qeyri-qanuni tərk etməyə çalışırlar - bu, Moldovaya aparan Mayaki-Udobnoe yoludur.

Sərhədçilər giriş-çıxışa nəzarət edir və qaçış cəhdlərini qeydə alırlar.

Bundan əvvəl o, saxta sənədlərlə hər gün 10-a yaxın ukraynalının Rumıniya və Moldova ilə sərhədi keçməyə cəhd etdiyini bildirmişdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, son iki ildə 650 min hərbi yaşda olan kişi Ukraynanı tərk edib. Xatırladaq ki, hazırda ölkədə hərbi vəziyyət tətbiq edilib və səfərbərlik elan edilib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla