AZ

Müharibədən qayıdan “Vaqner” PMC muzdlusu tanışını döyüb öldürüb...

...Deməli, keçmiş “Vaqner” PMC muzdlularının törətdikləri cinayətlər bitib tükənmir.

SİA-nın əldə etdiyi məlumata görə, bu dəfə belə çinayətlrədən biri Adıgeydə yaşanıb.

Belə ki, keçmiş “Vaqner” PMC muzdlu yeyib-içdikdən sonra badə dostunu vurub öldürüb.

Rusiya saytlarının yazdığına görə, cinayət hadisəsi respublika Ali Məhkəməsinin qərarından məlum olub. İstintaq hələ də davam edir, istintaq hadisədə iştirak edən şəxsin adını açıqlamayıb.

Beləliklə, təhlükəsizlik qüvvələrinin məlumatına görə, təqsirləndirilən şəxs Adıgeydə, Yablonovski kəndində tanışı ilə spirtli içki qəbul edib.

Onların arasında münaqişə yaranıb. Dava zamanı keçmiş muzdlu tanışının qarın nahiyəsinə qapalı küt alətlə vurub və çıxıb gedib. Nəticədə zərərçəkmiş qaraciyərin partlaması, daxili qanaxma və hemovolemik şokdan, yəni qəfil qan itkisindən yerindəcə dünyasını dəyişib.

Maraqlıdır ki, təqsirləndirilən şəxs özü “Vaqner” PMC-nin tərkibində Ukraynaya qarşı müharibədə iştirakını, mükafatlarının olmasını və müsbət təsviri əsas gətirərək istintaq zamanı həbsin daha yumşaq qabaqlayıcı tədbirlə əvəz edilməsini xahiş edib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
Mənbələr
Şərh ()
Bağla