AZ

Şəkidə qəza zamanı piyada ölüb

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-da saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
7
Mənbələr
Şərh ()
Bağla