AZ

Ramil Bodrumda keyfə baxmadı: Özü əvəzləndi, darmadağın oldular, pley-offa qaldılar - VİDEO

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geydiyi “Kocaelispor” səfərdə “Bodrumspor”un qonağı olub.

Şeydayev meydana start heyətində çıxsa da, 45-ci dəqiqədə Yosip Vukoviçlə əvəzlənib.

Görüş Ramilin komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bu yenilgidən sonra əvvəlki kimi 50 xalda qalan “Kocaelispor” turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Son turun nəticələrindən asılı olmayaraq R.Şeydayevin komandası Superliqaya vəsiqə uğrunda keçiriləcək pley-off matçlarında mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
Mənbələr
Şərh ()
Bağla