AZ

AİB Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin bərpasına sərmayə qoymağa hazırdır

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqazda nəqliyyat şəbəkəsininbərpasına sərmayə yatırmağa hazırdır.

Bu barədə Trendözəl müsahibəsində AİB-in Mərkəzi və QərbiAsiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilənillik toplantısı çərçivəsində bildirib.

"Sektorlara nəzər salsaq, biz həm də daşımalarla bağlı daha çoxişləmək, Azərbaycan Dəmir Yolları ilə əməkdaşlığımızıgenişləndirməkdə davam etmək istəyirik, çünki bütün şəbəkəninbərpası üçün çoxlu yarımçıq qalan vəzifələr var", - deyə o qeydedib.

O qeyd edib ki, AİB də Azərbaycan və Ermənistan arasında uğurludanışıqlara ümid edir, çünki sülh sazişi əldə edildikdən sonra bu,ölkəyə əlavə nəqliyyat dəhlizinin açılmasına, Azərbaycanı vəregionu dünya ilə daha yaxşı əlaqələndirməyə imkan verəcək:

"Azərbaycanın cənub hissəsindən Ermənistan ərazisindən Naxçıvanaqədər uzanan kifayət qədər köhnə dəmir yolu var. Ona görə də sülhsazişi və digər razılaşmalar əldə olunarsa, biz bu şəbəkəninbərpasına sərmayə qoymağa çox şad olarıq, lakin təbii ki,Azərbaycan hökumətinin prioritet qərarlarına uyğun olaraq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
2
Mənbələr
Şərh ()
Bağla