AZ

Alimlərdən cüzam xəstəliyinin yayılması ilə bağlı GÖZLƏNİLMƏZ KƏŞF

Əsəblərin zədələnməsinə, yaralara, qoxu və görmə itkisinə səbəb olan cüzam min illərdir insanlarda xof yaradıb.

KONKRET.az xəbər verir ki, “Current Biology” jurnalında dərc olunan yeni araşdırmaya görə, cüzam orta əsrlərdən bəri dələlərə də təsir edib.

Tədqiqatçılar sincabların sümüklərini təhlil edərək bu qənaətə gəliblər ki, dələlər cüzam xəstəliyinə səbəb olan ştamm daşıyıcısıdır. Alimlərə görə, əsrlər əvvəl onlarda bakteriyalar bir çox britaniyalını yoluxdurub.

“Mycobacterium leprae” və “M.lepromatosis” adlı iki növ bakteriyanın törətdiyi cüzam xəstəliyinə yoluxma halları getdikcə azalır, lakin bu xəstəlik hər il əsasən Asiya, Afrika və Cənubi Amerikada olmaqla 200.000-dən çox insanı əhatə edir.

Xəstəlik əsasən yoluxmuş şəxslə uzunmüddətli təmasda olur. Uzun müddətdir ki, xəstəliyin insanlarla məhdudlaşdığı düşünülürdü.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla