AZ

Azərbaycan derbisinin darmadağınları – 9:1

Misli Premyer Liqasının 33-cü turunda baş tutan Azərbaycan derbisində növbəti dəfə böyük hesab qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, əzəli rəqiblər “Qarabağ”la “Neftçi” arasında ölkə çempionatları tarixində 10-cu dəfə azarkeşlər darmadağın izləyiblər.

Texniki nəticələri nəzərə almasaq, geridə qalan 95 qarşılaşmanın 10-da tərəflərdən biri 3 və ya daha böyük hesabla qələbə qazanıb. Bunun isə 9-u “Qarabağ”ın aktivindədir. “Neftçi” ölkə çempionatları tarixində cəmi bir dəfə Azərbaycan derbisində darmadağına sevinib. Bu, düz 24 il əvvələ – 2000-ci ilə təsadüf edib.

“Qarabağ”ın ondan sonrakı darmadağınlarında isə həm 3, həm 4, həm 5, həm də 6 qol fərqli nəticə yaşanıb. Hesabat turunda komandalar arasında ilk dəfə 5 top fərqli hesab baş verib. Rekord isə “Qarabağ”ın 6:0 hesabı ilə qalib gəldiyi matçdır.

Azərbaycan Kubokunun yarımfinalındakı duelləri də nəzərə alsaq, “Qarabağ” 2024-cü ildə “Neftçi” ilə üz-üzə gəldiyi 4 qarşılaşmanın hamısında böyükhesablı qalibiyyət əldə edib.

Azərbaycan çempionatlarındakı böyük hesablar:

04.11.2000. “Qarabağ” – “Neftçi” 0:4

13.05.2011. “Qarabağ” – “Neftçi” 3:0

28.02.2014. “Neftçi” – “Qarabağ” 1:4

21.08.2016. “Qarabağ” – “Neftçi” 3:0

08.11.2020. “Neftçi” – “Qarabağ” 0:6

30.10.2021. “Qarabağ” – “Neftçi” 4:0

21.05.2022. “Qarabağ” – “Neftçi” 4:1

02.12.2022. “Neftçi” – “Qarabağ” 0:4

03.03.2024. “Neftçi” – “Qarabağ” 1:4

04.05.2024. “Qarabağ” – “Neftçi” 5:0

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla