AZ

Azərbaycanın iki şərab şirkətinin səhmdarları toplanır

Azərbaycanın iki şərab şirkətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, söhbət “Şərab-Nəqliyyat” ASCvə “Bakı Şərab-1” ATSC-dən gedir.

Hər iki cəmiyyətin səhmdarlarının illik ümumi yığıncağının keçirilməsi iyunun 28-nə planlaşdırılıb.

Yığıncaqda hesabatlar səsləndiriləcək, zərər və mənfəət açıqlanacaq. Qarşıda duran hədəflərlə bağlı səhmdarlar arasında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, “Şərab-Nəqliyyat” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 157370 manatdır. “Bakı Şərab-1” ATSC isə 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 311 790 manatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla