AZ

Makron Fransada səfərdə olan Szinpinə "təzyiq"ə hazırlaşır

Çin lideri Si Szinpinin Fransaya səfəri Qərb diplomatlarını son iki ildə narahat edən sualı bir daha aktuallaşdıracaq: Çini Rusiyaya əlavə yardımdan çəkindirmək mümkündürmü?

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Məlumata görə, Makron ilə Szinpin arasında 6 və 7 mayda keçiriləcək danışıqlar Çin iqtisadiyyatının Rusiya silah sənayesinə dəstəyinə həsr olunacaq:

“Makron Rusiyanın hərbi səylərində bilavasitə iştirak edə və ya əhəmiyyətli töhfə verə biləcək bəzi Çin şirkətlərinin fəaliyyətindən narahatlığını ifadə edəcək”.

Qeyd edək ki, Szinpin ötən gün Fransaya səfər edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla