AZ

İsrailli nazir  İsfahana edilən hücumu təsdiqlədi 

İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Naziri Miri Regev dünən İranın İsfahan şəhərindəki Hərbi Hava Qüvvələrinin 8-ci bazasındakı hava hücumundan müdafiə sistemlərinə edilən hücumun arxasında ölkəsinin olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki,  ilk dəfədir ki, İsrail rəsmisi bu ölkənin İsfahan aviabazasına hücumda iştirakını rəsmən təsdiqləyir.
Bildirilib ki, Miri Regev dünən “Kanal 14”ə müsahibəsində deyib ki, bu ölkənin İsfahandakı əməliyyatı İranın İsrailə raket və pilotsuz təyyarə hücumuna cavabdır.
“Cavabımızla biz İran tərəfindən qəbul edilən bir mesaj göndərdik və dünya İsrailin axmaq olmadığını anlayıb”, – deyə, israilli nazir əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla