AZ

“Dinamo” Mahiri satmaq istəyir, amma…

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yay fasiləsində Zaqreb “Dinamo”sunu tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı hücumçu baş məşqçi Sergey Yakiroviçin gələn mövsümlə bağlı planlarında yer almayıb. Yerli KİV Emrelinin “Dinamo” karyerasının uğurlu başlamasına baxmayaraq, forvardın bunun davamını gətirə bilmədiyi vurğulayıb.

Əslində, onun qış fasiləsində Zaqreb təmsilçisindən ayrılması gözlənilirdi. Rusiyadan “Rubin” və Türkiyədən bir neçə klub Emrelinin xidmətində maraqlı idilər. Lakin oyunçunun yanvardakı yoxlama görüşü zamanı zədələnməsi komandada qalmasına səbəb olmuşdu.

Ön xətdəki rəqabətdə geri qalan Mahirin gələn mövsüm də “Dinamo”nun formasını geyinməsi gözlənilmir. Yeganə problem formadan çox uzaq olan millimizin üzvünə təklifin olmamasıdır. Zaqreblilər isə yayda onu icarəyə vermək yox, birdəfəlik satmaq planlarını qururlar.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla