AZ

Emin Mahmudov niyə görünmür? – “Gözləntilərdən aşağı çıxış edirlər...”

“Qarabağ” 33-cü turda “Neftçi”ni qəbul etdi (5:0). “Ağ-qaralar”ın kapitanı Emin Mahmudovun adı iştirak ərizəsində yox idi. Onu Rəhman Hacıyev əvəz etdi. Daha əvvəl ölkə kubokunun yarımfinal matçından öncə Mahmudovun isinmə hərəkətləri edərkən ayağının burxulduğu deyilmişdi. Yəni 31-ci turun “Zirə” ilə matçından sonra kapitan görünmür.

Digər bir maraqlı məqam isə mediada futbolçu haqda yayılan xəbərlərdi. Guya “ağ-qaralar”ın baş məşqçisi Miodriq Bojoviç Eminin performansından razı deyil və “qara siyahı”ya salıb. Hətta yayda göndərməyə hazırlaşır, ona görə də şans vermir.

Bu haqda fikrini öyrənmək üçün “Neftçi”nin sabiq məşqçi-seleksiyaçısı Bəxtiyar Musayevə müraciət etdik. Bəxtiyar bəy “Football-plus.az”a bunları söylədi:

“Emin Mahmudov “Neftçi” üçün önəmli simadı. Komandanın kapitanı kimi də aparıcı futbolçulardan biridi. Bir neçə turdu meydanda görünmür. Kubokun ilk matçında “Qarabağ”ın böyükhesablı qələbəsi olmuşdu, bəlkə ona görə ikinci matçda bəzi futbolçulara dincəlmək şansı verildi. Həmçinin ona da. Basqa nəsə ciddi problem varsa, bunu komanda daxilində olanlar bilər. Düşünmürəm ki, Bojoviç Mahmudovun performansından narazı olduğu üçün “Qarabağ”la görüşlərdə istifadə etmir. Ümumiyyətlə, nəinki Eminin, bir neçə futbolçunun performansı yüksək səviyyədə deyil. Gözləntilərdən aşağı səviyyədə çıxış edirlər. Bu məsələdə isə əlavə ciddi səbəb yoxdu. Fikrimcə, səbəb zədə ilə bağlıdı”.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla