AZ

Mauro İkardi karyera rekordunu yeniləyib

Türkiyə Super Liqasının 35-ci həftəsində "Qalatasaray" "Sivasspor"u 6:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar"ın qollarını Hakim Ziyeş (2), Dris Mertens (2) və Mauro İkardi (2) vurub.

"Qalatasaray" bu mövsüm liqada 31-ci qələbəsini qazanaraq xallarını 96-ya çatdırıb.

Mauro İkardi "Sivasspor"a 2 qol vuraraq karyera rekordunu yeniləyib.

Karyerasında bir mövsümdə maksimum 29 qol vuran Mauro İkardi bu gün vurduğu qollarla cari mövsümdə qol sayını 30-a çatdırıb.

Argentinalı ulduz geridə qalan 3 matçda daha 3 qol vursa, keçmiş "Fənərbaxça"lı Aleks de Souzanın bir mövsümdə atdığı 44 qol qatqısı rekordunu qıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
Mənbələr
Şərh ()
Bağla