AZ

"Rəfahı boşaldın!" - İsrail hücuma başlayır

İsrail ordusu planlaşdırılmış hücumdan əvvəl fələstinliləri Qəzza zolağının şərqindəki Rəfahı boşaltmağa çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Times of Israel bildirib.

“İsrail ordusu Qəzza zolağının cənubundakı bölgəyə planlaşdırılan hücumdan əvvəl fələstinliləri İsrail sərhədi yaxınlığında yerləşən Rəfahın şərq məhəllələrini boşaltmağa çağırıb”, - deyə nəşr bildirib.

Qeyd edildiyi kimi, mülki şəxslər Əl-Məvasi və Xan Yunis bölgələrindəki genişləndirilmiş humanitar zonaya köçməyə çağırılır.

Zaur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla