AZ

Belarus Ukrayna ilə bağlı danışıqların davam etdiriləcəyinə ümid edir

Belarus Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların düzgün formatda davam etdiriləcəyinə ümid edir.

Editor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Sergey Aleynik deyib.

Onun sözlərinə görə, Minsk özünü bu prosesin bir hissəsi kimi görür, çünki bu münaqişə Belarusa birbaşa təsir edir. Nazir əlavə edib ki, ölkəsi sülhün bərpasına töhfə verəcək danışıqları qəbul etməyə hər zaman hazır olacaq.

Qeyd edək ki, Ukrayna konfransı 15-16 iyun tarixlərində Bürgenstokda keçiriləcək. Qonaqlar arasında G7, G20 və BRİKS ölkələri var. Ümumilikdə 120 ölkədən 160 nümayəndə heyəti iştirak edəcək.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla