AZ

"Bayer" "Benfika"nın rekordunu təkrarlayıb

Almaniya çempionatının 32-ci turunda “Bayer” səfərdə Frankfurt “Ayntraxt”ına 5:1 hesabı ilə qalib gəlib.

İqtisadiyyat.az xəbər verir ki, ispaniyalı Xabi Alonsonun rəhbərlik etdiyi komanda ardıcıl 48 oyundur ki, uduzmur.

Almaniyanın yeni çempionu “Bayer Leverkuzen” Avropa futbolunda ardıcıl məğlubiyyətsiz matçların sayına görə Portuqaliya “Benfika”sının (1963-1965) rekordunu təkrarlayıb.

"Bayer" Bundesliqada 84 xal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla