AZ

İlk dəfə keçirilən Milli Xalça Festivalından FOTOREPORTAJ

Həftəsonu Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilib.

 

Sfera.az bildirir ki, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə baş tutub.

 

 

Burada qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı reallaşıb.

 

 

Milli Xalça Festivalı günlərində həmçinin, İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilib. Sözügedən festivaldan maraqlı fotoreportajı təqdim edirik:

 

Türkan

Fotolar: Anar Bayramlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla