AZ

“Şimal” Region Liqasının yarımfinalında “Göyəzən”lə qarşılaşacaq

Xaçmazı təmsil edən “Şimal” Region Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Region Liqasının Şimal və Paytaxt zonasında mübarizə aparan Xaçmaz təmsilçisi 1/8 finalda “Neftçala”nı mübarizədən kənarlaşdırıb.

1\4 finalda isə “Şimal” Lənkəranı təmsil edən eyniadlı komanda ilə qarşılaşıb. İki oyunun nəticəsinə görə rəqibini üstələyən xaçmazlı futbolçular Region Liqasının yarımfinalında oynamaq hüququ qazanıblar.

Bu mərhələdə “Şimal” Qazax “Göyəzən”i ilə üz-üzə gələcək.

Bir oyundan ibarət yarımfinal qarşılaşmasının qalibi mayın 24-də Şamaxı şəhər stadionunda keçiriləcək final matçında çempionluq üçün mübarizə aparacaq.

Yarımfinal oyununun digər cütlüyündə isə Saatlı “Ümid”i və paytaxtı təmsil edən “Hypers”lə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla