AZ

Bakıda “Wıngs for life world run” qlobal xeyriyyə qaçışı baş tutub

Mayın 5-də Dövlət Bayrağı Meydanında “Wings for Life World Run 2024” xeyriyyə qaçışı baş tutub.

Sportnet.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürən yarışın qalibi Yaponiyadakı qaçışda 70,1 km məsafə qət edən Tomoya Vatanabe olub. Bakıdakı qaçışda iştirak edənlər arasında birinciliyi estoniyalı Taavi Maran qazanıb, ikinci və üçüncü yerləri isə yerli qaçışçılar Mirsəməd Tapdıqlı və Faiq Məmmədov paylaşıb. Ümumilikdə Bakıda baş tutan Wings for Life World Run-da 256 nəfərin iştirakı qeydə alınıb.

İlk addımları 2014-cü ildə atılan bu tədbirin məqsədi dünya üzrə milyonlarla insanı bir araya gətirmək və onurğa xəstəliklərinin araşdırılması üçün əhəmiyyətli ianə toplamaq idi. Lakin "Wings For Life World Run"ı fərqləndirən də elə yarışın öz təbiətidir. Ənənəvi marafondan fərqli olaraq, burada finiş xətti yoxdur.
Qaçışa qoşulan hər bir kəs qaça bildiyi qədər məsafəni qeyd edə və qaça bilər. Telefona yüklənən tətbiqdə qaçışdan 30 dəqiqə sonra virtual avtomobil iştirakçını izləməyə və ona çatmağa çalışır. İştirakçının əsas məqsədi isə virtual avtomobilin onu çatmazdan əvvəl qoyduğu hədəfə çatmaq və qaçışı tamamlamaqdır. Əgər virtual avtomobil iştirakçıya çatarsa, telefona səsli bildiriş gəlir və qaçış tamamlanır.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla