AZ

Xarici investorları Bakıya cəlb edən nə olub?

FDI Intelligence nəşrinin hazırladığı hesabata əsasən, paytaxt Bakı 100 birbaşa xarici investisiya yatırılan təyinat nöqtələri arasında üçüncü yeri tutub.

Bu sıralamada Bakını sadəcə Almaniyanın Mannhaym və Rumıniyanın Krayova şəhərləri qabaqlayır. 

Bəs xarici investorları Bakıya cəlb edən nə olub və bu paytaxtda hansı dəyişikliklərə səbəb olub?

Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov "Operativ Media"ya açıqlamasında bildirib ki, xarici investisiyaların cəlbi baxımından reytinq cədvəlində Bakının irəliləməsi gözlənilən idi:

"Çünki dövlət tərəfindən investisiya mühitinin yaxşılaşdırılması istiqamətində sistemli addımların atılması bu nəticəni qaçınılmaz edirdi. Belə ki, investisiya fəaliyyətinə dair qanunvericilik bazasının təkmilləşdirilməsi, "Satınalmalar haqqında" qanunun qəbul edilməsi, Rəqabət Məcəlləsinin qəbul edilməsi, o cümlədən, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması, Azərbaycanın bilavasitə dəhlizlərlə bağlı apardığı uğurlu siyasət, buranın logistik imkanlarının getdikcə genişləndirilməsi, nəticədə xarici investorların marağını hədsiz dərəcədə özünə cəlb etmişdir. Ermənistanla olan münasibətlərdə Azərbaycanın qazandığı uğurlar isə investorların bu bölgəyə marağını daha da çox artırıb".

İqtisadçı qeyd edib ki, Bakının neft-qaz sənayesi baxımından böyük bir üstünlüyü özündə saxlaması nəticədə xarici investorlara 2023-cü ildə 2022-ci illə müqayisədə 11 faizə qədər daha çox cəlb etmişdir:

"Bunu statistik rəqəmlər də təsdiq edir. Eyni uğur qeyri-neft sektoru üzrə olmuşdur ki, burada da 9 faizdən artıq olan artım dinamikası müşahidə edilmişdir. Nəticə etibarilə deyə bilərik ki, bu tendensiya növbəti illərdə də, təbii ki, davam edəcəkdir. Çünki sülh müqaviləsinin bağlanması xarici investorları Azərbaycana diqqətini daha çox artırmış olacaq".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla