AZ

Kim Çen İn niyə ağladı?

Şimali Koreya lideri Kim Çen Inın yanvarın 8-də 40 yaşı tamam olduğu təxmin edilsə də, onun dəqiq doğum tarixi ilə bağlı konsensus yoxdur.

Bu, Kim haqqında bilinməyən yeganə şey deyil.

Kim Çen In nə vaxt doğulub?

News24.az BBC-yə istinadən xəbər verir ki, Kimin dəqiq doğum tarixini bilinmir.

Oksford Universitetinin Siyasi Elmlər müəllimi Dr. Edvard Houell deyir: "Onun doğulduğu il haqqında çoxlu mübahisələr var; bu, 1982, 1983 və ya 1984-cü il ola bilər".

Onun ad günü olan 8 yanvar Şimali Koreyada adi iş günü olsa da, atası Kim Çen İrin doğum günü hər il fevralın 16-da Parlaq Ulduz Günü kimi qeyd olunur.

Aprelin 15-də babası Kim İr Senin doğum günü də Günəş Günü kimi qeyd olunur.

Lakin bu geniş ailə haqqında bir çox təfərrüatlar sirr olaraq qalır.

Şimali Koreya mütəxəssisi Dr. Houell deyir ki, Kimin ögey qardaşları olub. Onlardan biri olan Kim Çen Nam 2017-ci ildə Malayziyada öldürülüb.

Kim Çen Inın atasının ən azı dörd fərqli partnyoru olduğu iddia edilib. Lakin onların münasibətləri əsasən diqqət mərkəzindən kənarda saxlanılıb.

Qeyd edək ki, anası Ko Young Huinin Yaponiyada doğulduğu və 1960-cı illərdə rəqqasə işləmək üçün Şimali Koreyaya getdiyi güman edilir.

2018-ci ildə Ko Young Huinin 1973-cü ildə Yaponiyaya səfəri zamanı çəkilmiş fotoşəkilləri aşkar edilib.

Bəs zülmkar lider kimi tanınan Kim Çen İn niyə ağlayıb?

Onun 2020-ci ildə hərbi paraddakı çıxışı Kim Çen Inın fərqli tərəfini göstərib.

O, pandemiya və son təbii fəlakətlərə qarşı göstərdikləri səylərə görə qoşunlarına təşəkkür edib. Bir anda o, ölkənin mübarizəsindən danışarkən göz yaşlarına boğulub. Bu, Şimali Koreya liderinin nadir emosiya nümayişi olub.

Bəzi müşahidəçilər, Kimin ölkənin artan iqtisadi böhranla üzləşdiyi bir vaxtda kədərini nümayiş etdirməyə çalışa biləcəyini irəli sürürlər.


Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
30
Mənbələr
Şərh ()
Bağla