AZ

Şəhid Şirbala Hüseynovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Şirbala Hüseynov 1990-cı il mayın 6-da Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, Şirbala Hüseynov uşaq yaşlarından hərb sənətinə maraq göstərib. Orta məktəbi bitirdikdən sonra hərb yolunu seçib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. Hələ uşaq yaşlarında məğrurluğu, qürurlu olması ilə seçilib. Xidməti vəzifəsini cəsur zabit kimi ön cəbhədə yerinə yetirib. Çox keçmədən özünü peşəkar zabit kimi tanıtdırıb. 30 yaşlı qəhrəmanımız 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olub, xidmət müddətində bir sıra mükafatlara, medallara layiq görülüb. Şirbala Hüseynov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 1 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şirbala Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla