AZ

Azərbaycana Nigeriyadan 300 kiloqram xaşxaş gətirilib – Kiloqramı 6 manata


Bu ilin ilk iki ayı ərzində Azərbaycana Nigeriyadan 300 kiloqram xaşxaş toxumu gətirilib.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan xaşxaş toxumu miqdar ifadəsində təxminən 3 dəfəyə yaxın artıb.
Məlumat üçün bildirək ki, Nigeriyadan idxal olunan xaşxaş toxumunun 1 kiloqramının orta gömrük dəyəri 3,4 dollar (5,8 manat) olub.
Onu da qeyd edək ki, hazırda ölkədə xaşxaş toxumunun pərakəndə satış qiyməti gömrük dəyərindən dəfələrlə yüksəkdir. Onlayn satış platformalarında satılan 65 qramlıq xaşxaş toxumunun qiyməti 5 manat təşkil edir.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla