AZ

“Aİ Azərbaycana mina problemi ilə bağlı kömək etməlidir” - Macar Ekspert Şərh Edir

Macarıstan Ermənistana göndərilməli planlaşdırılan dəstəyin həm də Azərbaycana verilməsini təklif edib. Avropa İttifaqı tərəfindən İrəvana iqtisadi dəstək verilməsi üçün Macarıstanın səsinə ehtiyac duyulur. Buna baxmayaraq, Qərb dövlətləri Cənubi Qafqazdakı “müttəfiqlərinə” kömək etmək üçün müxtəlif yollara əl atır. 

Avropa İttifaqının ədalətsiz Qafqaz siyasəti nəyə əsaslanır?

Məsələ ilə bağlı Ednews-a danışan macarıstanlı politoloq bildirib ki, Qərb dövlətləri Azərbaycana mina problemində kömək edə bilər:

“Macarıstanın əsas məqsədi odur ki, Avropa İttifaqının Ermənistana olan dəstəyi Azərbaycana da olsun. Misal üçün, Azərbaycanda bir çox ərazilər minalardan təmizlənməlidir. Macarıstan tərəfi düşünür ki, Aİ dövlətləri ortaq fikirdə birləşib Azərbaycana dəstək versələr bu mina problemi aradan qaldırıla bilər.

Beləliklə, Aİ dövlətləri Ermənistan tərəfində dayanmaq üçün Macarıstanı razı salmağa çalışır. Lakin, Aİ-nın bütün üzvləri daxil olmadan da Ermənistana kömək etməyin müxtəlif “hiylələri” var.”

Xatırladaq ki, azad olunan ərazilərdə ötən ay ərzində 141 tank əleyhinə mina, 191 piyada əleyhinə mina, 2502 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 6038.9 hektar ərazi minalardan təmizlənib.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla