AZ

Maduro: ABŞ Qayananı Venesuelaya hücuma hazırlayır

ABŞ Latın Amerikası bölgəsini hərbiləşdirir və Qayananı Venesuelaya hücum etməyə hazırlayır.

Bunu respublika prezidenti Nikolas Maduro deyib.

Mayın 5-də Venesuelanın vitse-prezidenti Delsi Rodrigesin X sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətdə prezident bildirir ki, artıq Qayanada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 12 bazası və ABŞ Cənub Komandanlığının 14 məxfi bazası yerləşdirilib.

Bundan əlavə, Maduro vurğulayıb ki, Vaşinqton Ukraynanı Rusiyaya qarşı hazırladığı kimi, Qayananı Venesuelaya qarşı da hazırlayır.

“Latın Amerikası və Karib hövzəsi sülh zonası olaraq qalmalıdır. Biz Amerikanın regionumuzun hərbiləşdirilməsini rədd etməliyik”, - Rodriguez postun altında yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
42
Mənbələr
Şərh ()
Bağla