AZ

"Arsenal" keçmiş qapıçısını geri qaytarmaq istəyir

Hüquqları Turin "Yuventus"una məxsus olan polşalı qapıçı Voyçex Şesni İngiltərə Premyer Liqasına qayıda bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.

Londonun “Arsenal” klubu qapıçının xidmətində maraqlıdır və Aaron Ramsdeylin yerinə oyunçu axtarır. Futbolçu bu yay klub qeydiyyatını dəyişməyə yaxındır.

Xatırladaq ki, Şesni əvvəllər "topçular"da çıxış edib. Voyçex 2009-2017-ci illərdə London komandasının rənglərini qoruyub. İtaliya A Seriyasında 34 yaşlı qolkiper bu mövsüm 33 oyun keçirib, 26 qol buraxıb, 16 matçda isə qapısını toxunulmaz saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla