AZ

Mərkəzi Aran bölgəsində bağçaların sayı AÇIQLANDI

Bölgələrdə, bağçaların sayının azlığı ilə bağlı tez-tez valideynlər narazılıq edirlər. 

 

AzEdu.az Təhsil Portalı olaraq bağçaların sayını öyrənmək məqsədi ilə sorğu keçiririk. Bu dəfəki sorğumuzu Mərkəzi Aran Regional Təhsil İdarəsinə ünvanladıq.

 

İdarədən sorğumuza cavab olaraq bildirildi ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində 164 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:

 

Onlar 109 körpələr evi-uşaq bağçası, 53 uşaq bağçası, 1 körpələr evi, 1 Sanator tipli məktəbəqədər təhsil müəssisəsidir.

 

Mingəçevir rayonunda 18 körpələr evi-uşaq bağçası, 2 uşaq bağçası, 1 Sanator tipli məktəbəqədər təhsil müəssisəsi;

 

Yevlaxda 20 körpələr evi-uşaq bağçası, 5 uşaq bağçası, 1 körpələr evi;

 

Ağdaşda 16 körpələr evi-uşaq bağçası, 14 uşaq bağçası;

 

Ucarda 18 körpələr evi-uşaq bağçası, 5 uşaq bağçası;

 

Göyçayda 11 körpələr evi-uşaq bağçası, 23 uşaq bağçası;

 

Zərdabda 19 körpələr evi-uşaq bağçası;

 

Kürdəmirdə 7 körpələr evi-uşaq bağçası, 4 uşaq bağçası fəaliyyət göstərir. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla